"AVTOKOM" MMC-nin veb-saytına xoş gəlmisiniz!


     Şirkətimiz fəaliyyətini 1998-ci ildən avtomobillər üçün yağlar, filtrlər, boyalar, akkumulyatorlar və təkərlərin topdan satışı ilə başlamışdır.
     Azərbaycanda tələbat duyulan xarici ölkələrdə istehsal olunmuş malların ölkəmizə gətirilməsi məqsədi ilə 2004-cü ildə "AVTOKOM" MMC təsis edilmişdir. Qazandığı təcrübə nəticəsində şirkətimiz inkişaf etmiş ölkələrdə istehsal olunmuş yüksək keyfiyyət və sərfəli qiymətləri olan malları alıcılarına təqdim etməklə onların rəğbətini qazanmışdır. Biz daim anbarlarımızdakı mal çeşidlərinin tənzimlənməsi və alıcılarımıza sifarişlərinin vaxtında çatdırılmasını təmin etməklə öz etibarlılığımızı sübut etmişik.
     Hal-hazırda "AVTOKOM" MMC Avstriyada "Banner GmbH" zavodunun istehsalı olan "DURACELL" avto akkumulyator markasının, Almaniyanın "VENOL Motor Oil" GmbH, Yunanıstanın "RS200 Motor Oil" avtomobil yağları və "MICHELIN" kompaniyasına məxsus Serbiyadakı "TIGAR" təkər zavodunda istehsal olunan "RIKEN" avtomobil təkərlərinin Azərbaycandakı tək rəsmi nümayəndəsidir.
     Məqsədimiz bunlarla kifayətlənmək deyil, əksinə - tələbat duyulan mal çeşidlərinin sayını gələcəkdə daha da artırmaqdır.
     Bizə etibar etdiyiniz üçün təşəkkür edirik!