Haqqımızda
Şirkətimiz fəaliyyətini 1998-ci ildən avtomobillər üçün yağlar, filtrlər, boyalar, akkumulyatorlar və təkərlərin topdan satışı ilə başlamışdır. Azərbaycanda tələbat duyulan xarici ölkələrdə istehsal olunmuş malların ölkəmizə gətirilməsi məqsədilə 2004-cü ildə "AVTOKOM, MMC" təsis edilmişdir. Qazandığı təcrübə nəticəsində şirkətimiz inkişaf etmiş ölkələrdə istehsal olunmuş yüksək keyfiyyət və sərfəli qiymətləri olan malları alıcılarına təqdim etməklə onların rəğbətini qazanmışdır. Biz daim anbarlarımızdakı mal çeşidlərinin tənzimlənməsi və alıcılarımıza sifarişlərinin vaxtında çatdırılmasını təmin etməklə öz etibarlılığımızı sübut etmişik. Hal-hazırda "AVTOKOM, MMC" Amerikada istehsal olunan "CALUMET BRANDED PRODUCTS, LLC" şirkətinə məxsus "ROYAL PURPLE" avtomobil yağlarının, Amerikada istehsal olunan "SMITTY'S SUPPLY, INC" şirkətinə məxsus "SUPERS" avtomobil yağlarının, Amerikada istehsal olunan "OMNI SPECIALTY PACKAGING, LLC" şirkətinə məxsus "PURE GUARD" və "XTRA REV" avtomobil yağlarının, Almaniya brendi olan "VENOL MOTOR OIL GMBH" şirkətinə məxsus "VENOL" avtomobil yağlarının, və Sinqapurda yerləşən "OMNI UNITED, LTD" şirkətinin istehsal etdiyi "RADAR" avtomobil təkərlərinin Azərbaycanda tək rəsmi nümayəndəsidir. Bizim məqsədimiz bütün bunlarla kifayətlənmək deyil, tələbat duyulan mal çeşidlərinin sayını gələcəkdə daha da artırmaqdır. Bizə etibar etdiyiniz üçün təşəkkür edirik!